Viktor Valdez "Mançester Siti"nin hədəfində

Viktor Valdez "Mançester Siti"nin hədəfində
XƏBƏR 11 Noyabr 2013 / 11:35 1404
-  A +

İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın qapıçısı Viktor Valdez ilə müqavilə bağlamaq istəyir.

Qol.Az-ın məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Manuel Peleqrini Co Hartın oyunundan razı deyil.
 
Belə ki, Hart son oyunlarda etdiyi bir neçə səf nəticəsində, əsas heyətdəki yerini itirib. Peleqrini isə daha stabil oyun sərgiləyən qapıçı istəyir. Mövsümün sonunda azad agent statusu alacaq Valdez “Barselona”nı tərk edəcəyini bildirib.

Qeyd edək ki, “Monako” klubunun da Valdezlə yaxından maraqlandığı bildirilir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə