"Pirlo gələn mövsümdən "Beşiktaş"da forma geyəcək"

"Pirlo gələn mövsümdən "Beşiktaş"da forma geyəcək"
XƏBƏR 10 Noyabr 2013 / 12:27 3267
-  A +

"Yuventus"un ulduz futbolçusu Andrea Pirlo gələn mövsüm "Beşiktaş"da çıxış edə bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda FİFA meneceri Matteo Materazzi məlumat verib.

İtaliyanın "Rai Sport 1" kanalına açıqlamasında o, "ağ-qaralar"ın Pirlo ilə hərtərəfli razılığa gəldiyini bildirib: "Pirlo gələn mövsümdən "Beşiktaş"da forma geyəcək. Ona üç mövsümlük və hər ili üçün 2.2 milyon dollarlıq təklif etdilər. "Yuventus" isə onun yerini Xavi Alonso ilə dolduracaq".

Qeyd edək ki, 2011-ci ildə "Milan"dan "Yuventus"a transfer olan 34 yaşlı yarımmüdafiəçinin komandası ilə 2014-cü ilə qədər müqaviləsi var.





Son xəbərlər
topaz banner