"Buffon İtaliya millisinin bir nömrəsi olacaq"

"Buffon İtaliya millisinin bir nömrəsi olacaq"
XƏBƏR 9 Noyabr 2013 / 18:44 2175
-  A +

İtaliya yığma komandasının baş məşqçisi Çezare Prandelli "Yuventus"un qapıçısı Canluici Buffon haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Braziliyada keçiriləcək dünya çempionatında da İtaliya millisinin qapısını Buffonun qoruyacağına şübhə etmədiyini bildirib.

“Mən heç vaxt Buffonun istedadına şübhə etməmişəm. O, İtaliya millisinin 1 nömrəsi olacaq. Mən inanıram ki, Buffonun istedadı və dünya çempionatının ən yaxşı qapıçısı olmaq istəyi onun oyunlarına da müsbət təsir edəcək”.

Qeyd edək ki, təcrübəli qapıçı İtaliya millisi ilə 137 oyun keçirib.


Son xəbərlər
topaz banner