Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə "Əfsanə - 2" adlı yarış davam edir.
Qol.Az-ın məlumatına görə, Azərbaycan kikboksçusu Zabit Səmədov dünən növbəti döyüşünə çıxıb.
K-1 üslubunda döyüşən Səmədovun rəqibi hollandiyalı Melvin Manhof olub. Üç raunddan sonra hakimlərin yedkil qərarı ilə döyüşün qalibi elan edilən Zabit Səmədov finala vəsiqə qazanıb.