"Özilə "Mançester Yunayted"də yer yox idi"

"Özilə "Mançester Yunayted"də yer yox idi"
XƏBƏR 9 Noyabr 2013 / 15:46 2984
-  A +

"Mançester Yunayted"in baş məşqçisi David Moyes "Arsenal"ın futbolçusu Məsut Özil haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis türk əsilli yarımmüdafiəçini yay transferi pəncərəsi dönəmində komandasının heyətinə qatmaq üçün imkanlarının olduğunu bildirib.

Ancaq o, Özilə ehtiyac duymadıqları üçün bu addımı atmadıqlarını deyib: "Heyətimizdə ona yer yox idi. Çünki Özilin mövqeyində Kaqava və Runiyə sahib idik. Biz fərqli mövqelərə transferlər düşünürdük".

 


Son xəbərlər
14.04.26  14:05

"Roma"da qalacaq

topaz banner