Mourinyo: "Onlar bizimlə əylənirlər"

Mourinyo: "Onlar bizimlə əylənirlər"
XƏBƏR 9 Noyabr 2013 / 15:27 2398
-  A +

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo komandasının çətin oyun təqvimi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Premiyer Liqa rəhbərliyinin komandası üçün təyin etdiyi təqvimdən şikayətlənib.

“Bəli, onlar “Şalke” ilə matçdan 3 gün sonra “Vest Bromviç”lə oyun salaraq bizə gülürlər. Biz avrokuboklarda iştirak edən yeganə ingilis klubuyuq ki, şənbə günü görüş keçiririk. Qalan bütün komandalarda istirahət üçün gün var. Bəzi klublar isə ya bazar ertəsi, ya da çərşənbə günü oynayır.

Bizə qarşı bu hərəkətlər tez-tez olur. Fikirləşirəm ki, çempionatın təqvimini təşkil edən insanlar bizə gülürlər. Çünki onlar bilirlər ki, belə bir şəraitdə mən heç nə edə bilmərəm. Bu səbəbdən bizimlə əylənirlər” – deyə Mourinyo bildirib.

Son xəbərlər
topaz banner