"Qalatasaray"ın "Super Mario"su hələ də futbol oynayır

"Qalatasaray"ın "Super Mario"su hələ də futbol oynayır
XƏBƏR 9 Noyabr 2013 / 14:55 3341
-  A +

Bir zamanlar "Qalatasaray" forması geyən braziliyalı Mario Jardelin futboldan getmək fikri yoxdur.

Qol.Az-ın məlumatına görə, 40 yaşlı oyunçu ölkəsinin həvəskar futbol klublarından olan "Vila Nova" ilə müqavilə imzalayıb.

O, yenidən peşəkar futbol oynamağı da düşündüyünü bildirib.

Qeyd edək ki, "Qalatasaray"la UEFA superkubokunu qazanan M.Jardel futbolçu karyerası ərzində 20-dən çox klubun formasını geyib.

Son xəbərlər
topaz banner