Pirlo: "Qızıl top" mükafatını Riberiyə verərdim"

Pirlo: "Qızıl top" mükafatını Riberiyə verərdim"
XƏBƏR 9 Noyabr 2013 / 13:35 1705
-  A +

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo “Qızıl top” mükafatına favorit gördüyü futbolçunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu özünün də “Qızıl top”a namizədlər sırasında olmasına sevindiyini bildirib.

“Şadam ki, bu siyahıda yer almışam. Bundan əlavə mən bu siyahıda yeganə italyalı futbolçuyam. Bu həqiqətən çox gözəldir. Mən mükafatı Riberiyə verərdim. O, çox gözəl oyun sərgiləyib və klubu ilə bir çox kubokun sahibi olub".

"Poqba? Onun ən yaxşı futbolçu olması üçün hər şeyi var. Gücü, ağılı, texnikası olan bir futbolçudur” – deyə Pirlo qeyd edib.

Son xəbərlər
topaz banner