Ançelotti: "Di Mariya Özildən daha yaxşıdır"

Ançelotti: "Di Mariya Özildən daha yaxşıdır"
XƏBƏR 9 Noyabr 2013 / 13:07 1996
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandasının müdafiədəki oyunundan narazıdır.

Qol.Az-ın məlumatına görə, "Onde Cero"na danışan təcrübəli mütəxəssis bildirib ki, belə bir problem onun başına ilk dəfə gəlib:

"İspaniya futbolu İngiltərə, İtaliya və Fransadan çox fərqlidir. Bu, mənim üçün yeni problemdir. Ancaq birlikdə çalışaraq bunun üzərində işləyə bilərik".

Gündəmə dair bir çox məsələlər barədə də açıqlama verən Karlo Ançelotti İker Kasilyas, yoxsa Dieqo Lopezin daha çox forma geyinəcəyi ilə bağlı danışıb. Onun sözlərinə görə, komandada iki mükəmməl qapıçı olan zamanda seçim etmək çox çətindir:

"Ancaq mən qərarımı əvvəlcədən vermişəm. Kasilyası ÇL-də oynadaraq ona klubunun 10-cu dəfə bu kuboku qazanmasında pay sahibi olması fürsəti verdim".

Ançelotti Məsut Özilin komandadan gedişindəb danışarkən isə deyib ki, o, Madrid klubunda rahat deyildi: "Texniki cəhətdən Məsut fantastik bir futbolçudur. Ancaq komandanın sürəti və sabitliyi baxımından Di Mariya daha yaxşıdır".

Son xəbərlər
topaz banner