"Barselona" baş məşqçisiz də oynaya bilər"

"Barselona" baş məşqçisiz də oynaya bilər"
XƏBƏR 9 Noyabr 2013 / 12:36 2195
-  A +

“Barselona”nın keçmiş futbolçusu Xuan Roman Rikelme klubun sərgilədiyi oyun haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, futbolçu bildirib ki, klubun hazırda əldə etdiyi naliyyətlərin baş məşqçi ilə heç bir əlaqəsi yoxdur.

"Ötən mövsümdə Tito Vilanova bir neçə ay komandanın başında olmadı. Buna baxmayaraq “Barselona” İspaniya çempionu oldu. “Barselona”nın problemləri Xavi, İniyesta, Buskets, Pike, Puyol və Messi getdiyi zaman yaranacaq. Hələ ki, bu qrup əladır. “Barsa” baş məşqçisiz də oynaya bilər” – deyə Rikelme bildirib.

Son xəbərlər
topaz banner