"Fergüssonun "Mançester Yunayted"dən getməyinə inana bilmirəm"

"Fergüssonun "Mançester Yunayted"dən getməyinə inana bilmirəm"
XƏBƏR 9 Noyabr 2013 / 11:33 1786
-  A +

“Arsenal” klubunun baş məşqçisi Arsen Venger sabah Premyer Liqada qarşılaşacaqları "Manester Yunayted"lə oyunöncəsi fikirlərini bölüşüb. 

Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis Ser Aleks Fergüssonun “Mançester Yunayted”dən getməyinə hələ də inanmadığını bildirib.

“Bazar günü Fergüsonsuz oyun bir qədər qəribə olacaq. Onun getməyinə inana bilmirəm. Hər hansı bir fərq haqqında danışmaq hələ tezdi. Moyes “Everton”da olduğu müddətdə çox gözəl nəticələrdə əldə edirdi. 26 il bir məşqçi ilə çalışan komandada yeni məşqçi üçün mütləq zaman tələb olunur. Moyes öz vəzifəsini çox gözəl icra edir”.

Qeyd edək ki, London klubu “Old Traffort”da sonuncu dəfə “Mançester Yunayted”i 2006-cı ildə məğlub etmişdi.

Son xəbərlər
topaz banner