Sneyder "Fənərbaxça" ilə matçda forma geyə biləcəkmi?

Sneyder "Fənərbaxça" ilə matçda forma geyə biləcəkmi?
XƏBƏR 9 Noyabr 2013 / 11:01 1497
-  A +

"Qalatasaray" sabah Türkiyə Superliqasında baş tutacaq "Fənərbaxça" ilə matça ciddi itki ilə çıxacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zədəsi səbəbindən Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə görüşdə iştirak edə bilməyən Uesli Sneyder bu derbini də buraxmalı olacaq.

Təcrübəli yarımmüdafiəçi zədəsinin müalicəsi üçün Hollaniyaya gedəcək.

Qeyd edək ki, Sneyder bu səbəbdən Hollandiya millisinə də çağırılmayıb.

Xatırladaq ki, futbolçu "Konyaspor"la matçda zədələnib.


Son xəbərlər
topaz banner