"Traktorsazi" liderlik şansını qaçırdı

"Traktorsazi" liderlik şansını qaçırdı
XƏBƏR 9 Noyabr 2013 / 00:40 1810
-  A +

Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib.
 
Qol.Az-ın məlumatına görə, Təbrizin "Traktorsazi" klubu öz meydanında "İstiqlal"ı qəbul edib. 

Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun ilk dəqiqələrindən məğlub duruma düşən Cənubi Azərbaycan təmsilçisi 67-ci dəqiqədə hesaba tarazlıq gətirib. "Traktorsazi" qalib gələcəyi təqdirdə turnir cədvəlinin vahid liderinə çevrilə bilərdi.

Qeyd edək ki, hazırda 26 xalla üçüncü pillədə qərarlaşan Təbriz klubunu lider "Persopolis"dən cəmi bir xal ayırır.


 

Son xəbərlər
topaz banner