Aquera İngiltərədə ən yaxşısı seçildi

Aquera İngiltərədə ən yaxşısı seçildi
XƏBƏR 8 Noyabr 2013 / 18:25 5395
-  A +

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu mükafatının sahibi məlum olub.

Qol.Az-ın məlumatına görə, ötən ay göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilən "Mançester Siti"nin oyunçusu Serxio Aquero bu mükafata sahib çıxıb.

O, Premyer Liqada komanadasının "Everton" və "Vest Hem"ə 3:1 hesabı ilə qalib gəldiyi matçlarda iki, "Çelsi"yə məğlub olduqları görüşdə isə bir dəfə fərqlənib.

Bununla da S.Aquero futbolçu karyerası ərzində ilk dəfə bu mükafatı qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner