Pato yenidən Milana qayıdır

Pato yenidən Milana qayıdır
XƏBƏR 8 Noyabr 2013 / 13:22 2691
-  A +

Braziliyanın "Korintias" klubunun hücumçusu Aleşandro Pato yenidən İtaliya A Seriyasına qayıda bilər.

Qol.Az-ın məlumatına görə, Milanın digər təmsilçisi “İnter” klubu qışda braziliyalı futbolçunu transfer etmək istəyir.

Klub hücum xəttini məhz Pato ilə gücləndirmək niyyətindədir. Braziliya klubunun da hücumçunu "İnter"ə satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Pato ilə “Arsenal” və “Totenhem” klubları da yaxından maraqlanır. Lakin hücumçunun yaxşı tanıdığı Milan şəhərinə dönəcəyi gözlənilir.

Son xəbərlər
topaz banner