"Arsenal"ın futbolçusu Milan yolunda

"Arsenal"ın futbolçusu Milan yolunda
XƏBƏR 7 Noyabr 2013 / 18:54 3321
-  A +

“Arsenal”ın müdafiəçisi Bakari Sanya mövsümün sonunda “Milan” klubuna transfer oluna bilər.

Qol.Az-ın xəbərinə görə, fransız futbolçunun müqaviləsi məhz elə bu müddətdə başa çatacaq. 

Belədə 30 yaşlı futbolçu azad agent kimi klubunu dəyişə biləcək. "Milan"la yanaşı, İtaliyanın “Napoli” klubu da Sanya ilə yaxından maraqlanır.

Qeyd edək ki, bu mövsümdə Sanya “Arsenal”ın heyətində 9 oyun keçirib və fərqlənə bilməyib.

Son xəbərlər
topaz banner