Kasilyas: "Bu nə qışda, nə də yayda baş verəcək"

Kasilyas: "Bu nə qışda, nə də yayda baş verəcək"
XƏBƏR 7 Noyabr 2013 / 18:01 2514
-  A +

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, 32 yaşlı qolkiper verdiyi açıqlamasında  "Real"ı tərk etmək istəmədiyini deyib.

"Bu nə qışda, nə də yayda baş verəcək. Mənim klubla olan müqaviləm 2017-ci ilin yayına qədər qüvvədədir. Bu vaxta qədər mən doğma komandamın şərəfini qoruyacağam. Qalan bütün yazılan və deyilən sözlər şaiyədir".


Son xəbərlər
topaz banner