"Lorenteni satmaq fikrimiz yoxdur"

"Lorenteni satmaq fikrimiz yoxdur"
XƏBƏR 7 Noyabr 2013 / 17:09 1994
-  A +

“Yuventus” klubunun baş direktoru Beppe Marotta futbolçuları Fernando Lorentenin transferi ilə bağlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, klubun direktoru Lorentenin komandanı tərk etməyəcəyini bildirib.

"Lorente satılmır, heç bir zaman da satmaq fikrimiz olmayıb. O, komandada qalacaq. Futbolçunun transferi ilə bağlı olan söz-söhbətlər həqiqətə uyğun deyil. Hamımız inanırıq ki, Fernando yaxın günlərdə öz formasının ən pik səviyyəsinə çatacaq. Klub onun oyunundan razıdır".

Xatırladaq ki, yayılan xəbərlərə görə, “Arsenal” klubu yanvar ayında hücumçunu icarəyə götürmək istəyir.

Qeyd ədək ki, Lorente bu mövsüm “Yuventus” forması ilə 8 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər
topaz banner