İlkay Gündoğan Almaniya millisini seçməsinin səbəbini açıqladı

İlkay Gündoğan Almaniya millisini seçməsinin səbəbini açıqladı
XƏBƏR 7 Noyabr 2013 / 14:03 2739
-  A +

"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğan Almaniya millisini seçməsinin səbəbləri haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "NTV Spor"a danışan türk əsilli yarımmüdafiəçi Türkiyədən heç vaxt təklif almadığını deyib:

"3 yaşımdan futbol oynamağı düşünürdüm. Ailəmlə əylənməyə gedərkən belə futbolu fikirləşirdim. 8 nömrəli forma mənim üçün o qədər də önəmli deyil. Amma 10 nömrə geyinsəm, daha yaxşı olardı. Çünki Balıkesirliyəm.

Türkiyədəykən "Borussiya"nın formalarını geyinən insanlar görəndə çox sevinirəm. Furbolçu karyeram ərzində verdiyim ən çətin qərar Almaniyanı seçmək olub. İçimdə hələ də türkçülük var. Ancaq Türkiyə millisindən dəvət almamışdım. Almanlar mənə maraq göstərdilər. İndi türklər də mənimlə qürur duyduqlarını deyirlər".

Son xəbərlər
topaz banner