Halk: "Portu" hər zaman ürəyimdədir"

Halk: "Portu" hər zaman ürəyimdədir"
XƏBƏR 7 Noyabr 2013 / 13:06 1833
-  A +

“Zenit” klubunun hücumçusu Halk “Porto” ilə keçirilən Çempionlar Liqası görüşündən sonra yararlana bilmədiyi penalti epizoduna toxunub. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu həmin epizodda rəqib qapıçının möhtəşəm oynadığını bildirib:
 
"Biz bilirdik ki, “Porto” “Petrovski”yə 3 xal üçün gəlib. Təəssüflər olsun ki, biz istənilən nəticəni əldə edə bilmədik. Rəqib çox güclü idi. Əsasən də onun müdafiəsi. Əlbəttə, “Porto” hər zaman ürəyimdədir, lakin mən “Zenit”lə daha irəliyə getmək istəyirəm. 11 metrlik zərbəni vura bilmədiyim üçün təəssüflənirəm. Ancaq burada qapıçının oyununu qiymətləndirməmək olmaz".

Qeyd edək ki, "Zenit" - "Porto" oyunu 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər
topaz banner