"Qalatasaray"ın 3 azarkeşi həbs olundu

"Qalatasaray"ın 3 azarkeşi həbs olundu
XƏBƏR 7 Noyabr 2013 / 12:51 1742
-  A +

Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə keçirilən oyundan sonra çıxan hadisələr səbəbiylə üç “Qalatasaray” tərəfdarı həbs olunub.

Qol.Az-ın məlumatına görə, çərşənbə axşamı günü "Parken" stadionundakı matç əsnasında “Qalatasaray”lı azarkeşlər arasında yaşanan insidentə müdaxilə etmək istəyən təhlükəsizlik əməkdaşlarına güc tətbiq edən və onları təhdid etdikləri iddiası ilə nəzarətə alınan 3 azarkeş məhkəməyə çıxarılıb.

Həbs olunan 3 azarkeş istintaqın nəticəsi bilinənə qədər Vestre həbsxanasına göndərilib. Tərəfdarlardan ikisinin Almaniyadan birinin isə Holandiyadan Danimarkaya gəldiyi öyrənilib.

Xatırladaq ki, “Kopenhagen” ilə “Qalatasaray” arasında keçirilən görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Son xəbərlər
topaz banner