"Hər oyunda var gücümüz ilə mübarizə aparmalıyıq"

"Hər oyunda var gücümüz ilə mübarizə aparmalıyıq"
XƏBƏR 7 Noyabr 2013 / 11:45 1811
-  A +

“Napoli” klubunun hücumçusu Qonzalo İquain Çempionlar Liqasında “Marsel”ə qarşı keçirilən görüşdən razı qaldığını bildirib.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu oyunun onlar üçün çox çətin keçdiyini deyib.

“Oyun çox çətin alındı. Lakin biz bilirdik ki, bu belə də olacaq. Bizim üçün qələbə qazanmaq, liderlər mövqeyində qalmaq çox vacib idi. Nümayiş etdirdiyimiz oyunumuzdan çox razıyıq. Əvvəlcədən də bilinirdi ki, qrupda mübarizə çətin olacaq. Məhz buna görə biz hər oyunda var gücümüz ilə mübarizə aparmalıyıq".

"Artıq yaxşı formadayam. Hər oyundan sonra özümü daha yaxşı hiss edirəm. Güman edirəm ki, komandama qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə kömək edəcəm” – deyə İquain bildirib.

Xatırladaq ki, “Napoli”nin 3:2 hesabı ilə qələbə qazandığı oyunda, İquain dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Son xəbərlər
topaz banner