Lempard: "Mourinyonun qərarları ilə razıyam"

Lempard: "Mourinyonun qərarları ilə razıyam"
XƏBƏR 7 Noyabr 2013 / 11:19 2060
-  A +

“Çelsi” klubunun yarımmüdafiəçisi Frənk Lempard maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın əldə etdiyi məlumata görə, ingilis futbolçu baş məşqçisi Joze Mourinyonun verdiyi qərarlarla razılaşmağa hazır olduğunu açıqlayıb.

"Sözsüz ki, Mourinyo mənim üçün idealdır. O, hər zaman klubun mənafeyi üçün qərarlar qəbul edir və bütün futbolçular bunu başa düşməlidir. Əgər o nəyisə dəyişmək fikirinə düşübsə, deməli, bunun üçün əsasları var. Əgər siz oyunlarda 100 faiz bacarığınızı ortaya qoya bilmirsinizsə, bütün komandalar sizi məğlub edə bilər. Şənbə günü keçirilən görüşdən sonra hamı bunun şahidi oldu”.

Qeyd edək ki, dünən “Şalke” ilə keçirilən matçda start heyətində meydana çıxmayan Lempard yalnız görüşün 81-ci dəqiqəsində Oskarın əvəzinə oyuna daxil olub.

Son xəbərlər
topaz banner