"Borussiya" ilk dəfə məğlub oldu

"Borussiya" ilk dəfə məğlub oldu
XƏBƏR 7 Noyabr 2013 / 11:04 1820
-  A +

Çempionlar Liqasının qrup mərhələsində dünən "Borussiya" (Dortmund) klubunun qonağı olan "Arsenal" rəqibinə bir ilki yaşatdırıb.

Qol.Az-ın məlumatına görə, sözügedən qarşılaşmada London klubu 1:0 hesablı qələbə qazanaraq birinci pilləyə yüksəlib.

Dortmund təmsilçisi bu oyunla Avropa kuboklarında ilk dəfə olaraq öz meydanında məğlub olub.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli"ni qəbul edəcək.

Son xəbərlər
topaz banner