Martino: "Pikenin avtoqolu futbolçulara pis təsir etdi"

Martino: "Pikenin avtoqolu futbolçulara pis təsir etdi"
XƏBƏR 7 Noyabr 2013 / 10:49 2136
-  A +

“Barselona” klubunun baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüş haqqında fikirlərini bildirdib.

Qol.Az-ın məlumatına görə, baş məqşçi oyunun çox çətin keçdiyini bildirib:

“Komanda hər iki hissədə fərqli oyun üslubu ilə çıxış etdi. Oyunun ilk hissəsində başqa, ikinci yarıda tamam ayrı “Barselona” var idi. Görüş çox çətin alındı, Pikenin vurduğu avtoqol futbolçulara pis təsir etdi və “Milan”nın yenidən oyuna qayıtmasına şərait yaratdı".

Mən Messidən narahat deyildim. Ona görə ki, belə hallar hərdən baş verir. Çox gözəldir ki, o, bu oyunda qol vuraraq bir neçə oyunluq qolsuzluq sükutunu pozdu. Bilirik ki, Messi bizə görə oyunu qazanmaq üçün əlindən gələni etdi" – deyə Martino bildirib.

Son xəbərlər
topaz banner