"Napoli"nin azarkeşləri "Marsel"in avtobusunu daş-qalaq etdi

"Napoli"nin azarkeşləri "Marsel"in avtobusunu daş-qalaq etdi
XƏBƏR 7 Noyabr 2013 / 10:32 1613
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Napoli” - “Marsel” oyunu öncəsi Neapol təmsilçisinin azarkeşləri “Marsel”in futbolçularını daşıyan avtobusu daş-qalaq ediblər.

Qol.Az-ın məlumatına görə, avtobusun bir neçə şüşəsi qırılsa da, fransız klubunun heç bir oyunçusu xəsarət almayıb.

Bu hadisənin UEFA Nizam-İntizam Komitəsi tərəfindən araşdırılacağı gözlənilir. Belə ki, “Napoli” “Arsenal”a qarşı keçirəcəyi növbəti ev görüşünü azarkeşsiz oynaya bilər.

Xatırladaq ki, dünən keçirilən görüş 3:2 hesabı ilə “Napoli”nin qələbəsi ilə başa çatıb.

Son xəbərlər
topaz banner