"Barselona"nın Levandovski israrı davam edir

"Barselona"nın Levandovski israrı davam edir
XƏBƏR 5 Noyabr 2013 / 14:19 2136
-  A +

"Barselona" klubu Dortmund "Borussiya"sının hücumçusu Robert Levandovskini transfer etməkdə israrlıdır.

Qol.Az-ın "El Mundo" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi polşalı futbolçu üçün 8,5 milyon avro təklif edib.

Lakin Dortmund klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Çünki "Barselona" ilə yanaşı, 25 yaşlı futbolçu ilə "Bavariya", "Mançester Siti" və "Arsenal" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, 2010-cu ildən "Borussiya"da çıxış edən Levandovski keçirdiyi 103 oyunda 58 qola imza atıb.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner