AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan I divizionu da diqqətən kənarda qalmayıb.
Qol.Az-ın məlumatına görə, İK-in qərarına əsasən Azərbaycan I divizionun VII turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 52-ci dəqiqəsində “Şahdağ” klubunun 23 nömrəli futbolçusu Sərxan Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib.
Matçın 90-cı dəqiqəsində “Şəmkir” klubunun 20 nömrəli futbolçusu Seyhun Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 20 manat cərimə kəsilib.
Azərbaycan I divizionun VIII turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 100 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimlərə hədə-qorxu gəldiyi üçün 10 oyunluq cəzalanır, klub 800 manat cərimələnib.
Azərbaycan I divizionun VIII turunun “Kəpəz” – “Karvan” matçının 81-ci dəqiqəsində “Kəpəz” klubunun 5 nömrəli futbolçusu Əli İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 400 manat cəza tətbiq edilib.
Azərbaycan I divizionun VIII turunun “Ağsu” – “Mil-Muğan” matçının 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 nömrəli futbolçusu Elşən Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Azərbaycan I divizionun VIII turunun “Şahdağ” – “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 nömrəli futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulur və klub 2000 manat cərimələnib.
Rodri "Real"la razılaşdı
PSJ-dən "Atletiko"ya
Urfan Abbasov "Kəpəz"də
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski