“İnter”in müdafiəçisi Arif Daşdəmirov klubun rəsmi saytına müsahibə verib.
- Arif, komandanın qələbə qazanmasına baxmayaraq, “Rəvan”la oyun kifayət qədər çətin alındı,..
- Oyun çox ağır oldu. Bundan başqa, 5 ev oyununda qələbə qazana bilmirdik və qalib gəlməyi çox istəyirdik. Biz oyunu yaxşı keçirdik: erkən qollar vurduq, yenə qol vəziyyətlərimiz oldu, lakin səhvlərimizin ucbatından lazımsız qollar da buraxdıq. Buraxılmış qollarla bağlı epizodlarda biz daha diqqətli oynamalıydıq. Əsas odur ki, bizə qalib gəlmək müyəssər oldu. Komanda artıq özünə gəlib. İnşallah, növbəti matçlarda yaxşı nəticələr əldə edərik və turnir cədvəlində yüksələrik. İlk üçlüyə düşmək istərdik, sonrasına baxarıq.
- Son matçlarda “İnter” kifayət qədər yaxşı təsir bağışlayır, start şokunu adlamaq komandaya müyəssər olur. Səncə, buna başqa oyun taktikasına keçid səbəb oldu, yoxsa komanda sadəcə anladı ki, artıq geriləmək olmaz?
- Məşqçi qərara gəldi ki, belə taktikayla oynamaq lazımdır və bu sxem öz nəticələrini verdi. Biz bir neçə matçı yaxşı keçirdik, deməli, bu qərar özünü doğrultdu. Başlıcası odur ki, bu ruhda davam etməliyik. Bizə xal toplamaq lazımdır.
- Ruslan Əmircanov meydançaya çıxdıqdan sonra sən sol cinaha keçdin. Deyə bilərsən, harada sizə oynamaq daha rahatdır: adət etdiyiniz sağ cinahda, yoxsa sol tərəfdə?
-Bu, mənim “İnter”də artıq 4-cü mövsümümdür və ötən müddət ərzində həm sağ, həm də sol cinahda oynamağa macal tapmışam. Bu iki cinahda oynamağa adət etmişəm və məşqçi sol cinahı həvalə edən zaman burada oynamaq mənə çətin olmur. Belə də, əlbəttə ki, özümü sağ cinahda daha rahat hiss edirəm. Lakin yenə təkrar edirəm ki, zərurət yarandıqda sol cinahda oynamaq mənə hər hansı bir problem yaratmır.
- “Rəvan”la oyunda bir neçə epizodda hətta rəqibin qapısına yol da tapa bilərdin, lakin bunu etmək sənə müyəssər olmadı. Həmin anlarda qol vurmağa nə mane oldu?
- Səmimi desəm, bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəqin sadəcə bəxtsizlik belə anlarda qol vurmağa imkan vermədi, bir də hər şey o qədər dinamik cərəyan edirdi ki, bu da daha dəqiq zərbələr endirməyə mane oldu. İndi növbəti matçlarda qol vurmağa çalışacağam.
- Bu qələbə sayəsində “İnter” “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin lider olduğu üçlüyə iddia edən komandalar qrupuna yaxınlaşdı. Fikrincə, "İnter" bu komandalara yetişə bilərmi?
- Əlbəttə ki, biz bunu edə bilərik. “İnter” həmişə mükafatlara iddia edən komandadır. Son matçlarda biz yaxşı oyun nümayiş etdiririk və düşünürəm ki, bizə bu ruhda davam etmək lazımdır. Komanda meydançada bütün potensialını nümayiş etdirməlidir. Bizə səhvlərdən qaçmaq lazımdır və yalnız bu halda turnir cədvəlində yuxarı yerlərə ümid edə bilərik. Yalnız bu halda biz irəliyə addımlaya bilərik.
- Növbəti tur komandanı Zaqatalaya çətin səfər gözləyir. Birinci dövrədə “İnter” “Simurq”a məğlub oldu və çox güman ki, komanda revanş almağa çalışacaq. Qarşıdakı oyun barədə nə deyə bilərsiniz?
- Bizi çox ciddi oyun gözləyir. “Simurq” ötən bütün matçlarını Bakıda və Qəbələdə keçirdi, bizimlə matçı isə ilk dəfə azarkeşlərinin qarşısında keçirəcək və bu da bizim tapşırığımızı daha da çətinləşdirəcək. Ancaq biz revanş götürməyə və Zaqataladan yaxşı nəticəylə qayıtmağa çalışacağıq.
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
42 yaşında karyerasını bitirdi
Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq
"Çelsi" Uortona göz dikdi
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı
Arda Güler üzr istədi
"Real"ın tarixində ilk dəfə
Azərbaycanın 16 yaşlı pilotu Portuqaliyada qalib oldu
Mbappe ÇL tarixində ilkə imza atdı
Simeonenin ürəyinin az qala dayanacağı o an… - Video
"Real" Arbeloanı qova bilər
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı
ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı