Ağdamın “Qarabağ” klubunun böyükhesablı qələbələr seriyası qırılıb.
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə məğlub edən Qurban Qurbanovun futbolçuları Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə görüşündə minimal hesabla qalib gəlib – 4:3. 9-cu turda “Bakı”, 10-cu turda “Sumqayıt”, ötən turda isə “Xəzər Lənkəran”ı eyni – 3:0 hesabı ilə məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. “Bakı” kimi ardıcıl 3 darmadağına imza atan “Qarabağ” 4-ə çata bilməyib.
Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunun 1 addımlığında dayanıb. “Qarabağ”ın Azərbaycan çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir. 2003/04 mövsümünün startında evdə “Şahdağ-Samur”u (17.05.2003) 5:0, “Bakılı”nı (25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz meydanında Sumqayıt “Xəzər”ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi.
Lakin ümumilikdə qələbə seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda nail olduğu mövsümün rekordu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur uduzmur. Qeyd edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdir.
Rodri "Real"la razılaşdı
PSJ-dən "Atletiko"ya
Urfan Abbasov "Kəpəz"də
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil