Tahir Gözəl “İmarət” fan-klubuna təşəkkür etdi

Tahir Gözəl “İmarət” fan-klubuna təşəkkür etdi
XƏBƏR 4 Noyabr 2013 / 11:49 1482
-  A +

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqanın 12-ci turunda dünən baş tutan "Qarabağ" - "Qəbələ" matçından (4:3) sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan T.Gözəl qarşılaşma ərzində onlara dəstək olan bütün azarkeşlərə, xüsusilə də "İmarət” fan-klubuna təşəkkürünü bildirib:"Onların gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də “İmarət” fan-klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq". 

O bildirib ki, yaxın gələcəkdə "İmarət” fan-klubuna hər tərəfli dəstək olmağa hazırdırlar: "Onlara işlərində uğurlar arzulayıram".


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner