Lionel Messiyə nə olub?

Lionel Messiyə nə olub?
XƏBƏR 2 Noyabr 2013 / 10:43 3202
-  A +

Dünyanın ən yaxşı futbolçularından sayılan "Barselona"nın futbolçusu Lionel Messi son oyunlarda qol vura bilməməsi ilə diqqət çəkir.

Qol.Az-ın məlumatına görə, son illər bir çox rekord qıran argentinalı hücumçu La Liqada son 4 matçdır ki, fərqlənə bilmir.

Çempionatın 6-cı turunda "Almeriya" ilə matçda zədələnən oyunçu əvvəlki formasına qayıda bilmir. Messi sonuncu dəfə 2010/2011 mövsümündə 34,35,36,37-ci turlarda qol vura bilməyib.

Ulduz futbolçunun əksinə, komanda yoldaşı Aleksis Sançes isə son üç matçda fərqlənərək Kataloniya klubunun qələbələr qazanmasında önəmli rol oynayıb.


Son xəbərlər
topaz banner