"Monako"dan "Arsenal"ın hücumçusuna 40 milyon avro

"Monako"dan "Arsenal"ın hücumçusuna 40 milyon avro
XƏBƏR 1 Noyabr 2013 / 13:30 2804
-  A +

Fransanın "Monako" klubu qışda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Monako təmsilçisi "Arsenal"ın hücumçusu Teo Uolkota "elçi" düşüb.

Fransa klubu ingilis futbolçunun keçidi üçün 40 milyon avro təklif edib. "Monako" eyni zamanda gənc futbolçusu Ceyms Rodriqezin Uolkotla dəyişdirilməsi təklifini də irəli sürüb. "Arsenal"ın hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, Uolkot daha öncə verdiyi açıqlamasında "Arsenal"dan ayrılmaq istədiyini bildirmişdi.

 


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner