"Yuventus"dan Artur Vidala yeni müqavilə

"Yuventus"dan Artur Vidala yeni müqavilə
XƏBƏR 1 Noyabr 2013 / 13:14 1820
-  A +

"Yuventus" klubu aparıcı futbolçusu Artur Vidalla müqavilə yeniləməyə hazırlaşır.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun prezidenti Cüzeppe Marotta açıqlama verib.

Marotta artıq bütün sənədlərin hazır olduğunu və yalnız imza atmağın qaldığını bildirib. 26 yaşlı futbolçu ilə 2018-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir. Bu müddət ərzində futbolçu ilinə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, bu mövsüm 13 oyunda forma geyinən Vidal 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner