“Qəbələ” Topaz Premyer Liqasının XII turunda “Qarabağ”la qarşılaşacaq.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ən çox qarşılaşdığı komandalardan biri olan Ağdam təmsilçisi ilə 26-cı duelə çıxacaq.
Əvvəlki 25 matçdan 21-i çempionat, 4-ü kuboka təsadüf edib. Ümumiyyətlə komandaların oyunlarının böyük hissəsində bərabərlik qeydə alınıb. 25 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. 4 kubok qarşılaşmasının hamısı “sülh”lə nəticələnib. “Qarabağ” 2 dəfə mərhələni səfər qolu sayəsində keçib.
Qalibin müəyyənləşdiyi 14 qarşılaşmadan 9-da Ağdam, 5-də Qəbələ təmsilçisi 3 xala sevinib. “Qəbələ” son 6 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 4 qarşılaşmada yaşadıqları qol həsrətini və ardıcıl 3 məğlubiyyətdən ibarət uğursuz seriyanı qırmağa çalışacaq.
Əvvəlki 25 matçda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub. 4 dəfə isə oyunun taleyini 1 qol həll edib.
13-cü dəfə "Qarabağ"ın qonağı olacaq “Qəbələ” səfərdə 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar isə 8 dəfə fərqlənib.
Baş tutan bütün matçlarda ümumilikdə 49 qol vurulub. Bu isə o deməkdir ki, paytaxtdakı qarşılaşmada hesabı açacaq futbolçu duellərdə yubiley – 50-ci qolun müəllifi kimi tarixə düşəcək. İndiyədək toplardan 28-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.
“Qəbələ” - “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib. Ağdamlıların heyətində Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev, “Qəbələ”də Viktor Mendi ilə Luis Paulo Hilario rəqib qapısına 3 dəfə tol tapıb. Sonuncu 2 futbolçu indiki klubunda çıxış etdiyindən göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Arxada qalan 25 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?