"Roma" İtalya çempionatının tarixinə düşdü

"Roma" İtalya  çempionatının tarixinə düşdü
XƏBƏR 1 Noyabr 2013 / 10:32 2140
-  A +

İtaliya A seriyasında bu mövsüm uğurlu çıxışı ilə seçilən "Roma" ölkə çempionatında bir ilkə imza atıb.

Qol.Az-ın məlumatına görə, 10-cu turda dünən "Kievo"nu qəbul edən paytaxt təmsilçisi minimal hesablə qələbə qazanıb - 1:0. Bu qalibiyyətlə klub ardıcıl 10-cu oyunda meydanı üç xalla tərk edib.

Bununla da, "Roma" A seriyası tarixində ilk dəfə olaraq ard-arda 10 matçda qələbə qazanan yeganə komanda olub.

Qeyd edək ki, bu mövsüm qapısında yalnız bir qol görən "canavarlar" 30 xalla  turnir cədvəlinin lideridir.


Son xəbərlər