Riberidən yeni rekord

Riberidən yeni rekord
XƏBƏR 1 Noyabr 2013 / 10:15 2138
-  A +

"Bavariya"nın futbolçusu Frank Riberi yeni bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisinin bundesliqada "Herta"nı 3:2 hesabı ilə məğlub etdiyi matçda forma geyən yarımmüdafiəçi bu qələbə ilə Almaniya futbolunun tarixinə düşüb.

Belə ki, Riberinin bundesliqada ard-arda oynadığı 39 matçda komandası məğlub olmayıb. Bununla da, o, "Hamburq"un keçmiş futbolçusu Holqer Hieronumusu geridə qoyaraq bundesliqa tarixində ən uzun müddət məğlubiyyət görməyən oyunçu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner