Rayan Qiqqz Uels millisini çalışdıra bilər

Rayan Qiqqz Uels millisini çalışdıra bilər
XƏBƏR 1 Noyabr 2013 / 00:44 1707
-  A +

"Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz mövsümün sonundan Uels millisini çalışdıra bilər.

Qol.Az-ın "Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, mövsümün sonunda futbolçu karyerasını başa vuracağı gözlənilən Qiqqzə Uels Futbol Federasiyasından (UFF) təklif gəlib.

Hazırki baş məşqçi Kris Koulmenin işindən narazı qalan federasiya bu posta əsas namizəd kimi məhz Giqqzi görür. Lakin 39 yaşlı futbolçu hələlik bu təklifə heç bir münasibət bildirməyib. Qiqqzin hansı qərarı verəcəyi indidən böyük maraqla gözlənilir.

Qeyd edək ki, Qiqqz 1991-2007-ci illərdə Uels millisinin şərəfini qoruyub. Futbolçu çıxdığı 64 oyunda 12 dəfər rəqib qapılarına yol tapıb.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner