Xabi Alonso: "Real"dan ayrılmaq istəmirəm"

Xabi Alonso: "Real"dan ayrılmaq istəmirəm"
XƏBƏR 31 Oktyabr 2013 / 19:00 2397
-  A +

Uzun müddətdir ki, zədəsi səbəbindən forma geyinə bilməyən "Real" (Madrid) klubunun futbolçusu Xabi Alonso gələcək karyerası haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, mövsümün sonunda komandası ilə müqaviləsi bitən yarımmüdafiəçi heç bir yerə getmək istəmədiyini deyib:

"Artıq bu barədə danışmağımın vaxtı gəldi. Zədəli olduğum üçün bu açıqlama vermək istəməmişdim. "Real"da azarkeşlərin mənə qarşı olan hörmətindən məmnunam. Beş ay zədəli olsam da, burada olduğum üçün xoşbəxt idim. Yenə də Madrid klubunda qalmaq istəyirəm. Klubumun da istəyəcəyi təqdirdə müqaviləmi yeniləməyə hazıram".

Qeyd edək ki, Alonso ilə "Çelsi", "Liverpul" və "Yuventus"un maraqlandığı iddia edilir.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner