"Futbolu sevən hər kəs Ronaldoya hörmət etməlidir"

"Futbolu sevən hər kəs Ronaldoya hörmət etməlidir"
XƏBƏR 31 Oktyabr 2013 / 17:30 2914
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Alvaro Arbeloa da FİFA prezidenti Sepp Blatterin cavabını verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, S.Blatter kimi bir insanın daha hörmətli davranmalı olduğunu deyib:

"Onun dediklərini hər kəs eşitdi. Kriştiano dünya futbolu üçün yenilənmə nöqtəsidir. Futbolu sevən hər kəs Ronaldoya hörmət etməlidir. O, bu yerə cəsarəti və xarakteri ilə gəlib".

Qeyd edək ki, Blatter portuqaliyalı futbolçunun bərbərxanada çox zaman keçirdiyini demişdi. O, eyni zamanda Messinin Ronaldodan güclü olduğunu bildirmişdi.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner