Messi “xəstə” oldu

Messi “xəstə” oldu
XƏBƏR 31 Oktyabr 2013 / 14:51 3658
-  A +

İspaniya La Liqasında forma geyən bir çox ulduz futbolçunun vaxtlarını bir hissəsini kompüter oyunu oynamaqla keçirdiyi məlum olub.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, "Barselona"dan Lionel Messi, Xavi, Pike və "Real"dan (Madrid) Pepe kimi futbolçular çox zaman facebookda "Candy Crush Saga" oyununu oynamağın "xəstəsi"nə çevriliblər.

"Marca" qəzeti hətta bu oyunu ən yaxşı oynayan futbolçunun adını da açıqlayıb. "Almeriya" forması geyən Markos Tebarın hazırda oyunun 476-ci səviyyəsində olduğu bildirilib. Messi və Xavi isə hələlik 200-cü səviyyədədirlər.

Qeyd edək ki, "Candy Crush Saga" oyununu oynayan facebook istifadəçiləri bunun bir xəstəlik olduğunu deyiblər. Belə ki, buna oynamağa başlayan çox insan "Candy Crush Saga" oynamağa davam edir.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner