Ronaldo “Real”ın əfsanəsini geridə qoydu

Ronaldo “Real”ın əfsanəsini geridə qoydu
XƏBƏR 31 Oktyabr 2013 / 13:08 2791
-  A +

"Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo klub tarixində ən çox qol vuran futbolçular arasındakı mövqeyini daha da gücləndirib.

Qol.Az-ın məlumatına görə, dünən La Liqada "Sevilya" ilə matçda portuqaliyalı oyunçu üç dəfə fərqlənib.

Bununla da o, “Real”dakı qollarının sayını 158-ə yüksəldib. Ronaldo bu nəticə ilə əfsanəvi futbolçu Ferens Puşkaşı geridə qoyaraq klub tarixinin ən çox qol vuran 5-ci oyunçusu olub.

Xatırladaq ki, bu siyahıda Raul Qonzales 228 qolla birinci pillədədir.

Qeyd edək ki, "Real" - "Sevilya" matçı meydan sahiblərini 7:3 hesablı qələbəsi ilə başa çatıb.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner