İspaniyanın “Real Madrid” futbol klubuna məxsus “Santyaqo Bernabeu” stadionunda 46 ildən sonra qapılara 10 qol vurulub. Lent.az-ın məlumatına görə, bu, “kral klubu”nun “Sevilya” ilə oktyabrın 30-da keçirdiyi ölkə çempionatı matçında baş verib.
Meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi oyunda 3 penalti və 1 qırmızı vərəqə də qeydə alınıb. İlk 2 qolu 13 və 27-ci dəqiqələrdə “Real Madrid”in supertransferi və dünyanın ən bahalı futbolçusu Qaret Beyl vurub. “Kral klubu”nun ən çox qazanan oyunçusu Kriştianu Ronaldo isə “het-trik” edib. O, 32-ci dəqiqədə penaltidən, eləcə də 60 və 71-ci dəqiqələrdə fərqlənib. Mərkəz hücumçusu Kərim Benzema isə 53 və 80-ci dəqiqələrdə vurduğu qollarla “dubl” edib.
“Sevilya”dan isə İvan Rakitiç 38-ci dəqiqədə penaltidən və 63-cü dəqiqədə, həmçinin Karlos Bakka 40-cı dəqiqədə fərqlənib. Lakin Rakitiç 74-cü dəqiqədə daha bir penaltini boşa verib. 76-cı dəqiqədə isə qonaq komandanın futbolçusu Stefan Mbia qırmızı vərəqə alıb.
Möhtəşəm qələbə sayəsində xallarını 25-ə çatdıran “Real Madrid” 3-cü, “Sevilya” isə 13 xalla 11-ci yerdə qalıb. Digər tərəfdən, Ronaldo 11 qolla bombardirlər siyahısında “Atletiko”nun hücumçusu Dieqo Kostanın liderliyinə şərik olub.
Qeyd edək ki, sonuncu dəfə “Santyaqo Bernabeu”da 10 qol 1967-ci ildə “Real Madrid” – “Real Sosyedad” matçında vurulub – 9:1.
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı
“Ailəmi rahat buraxmasanız, gedərəm!” - Kloppdan xəbərdarlıq
Defo 116 gün sonra istefaya göndərildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Üst pillələr üçün oynayacağıq” - Cavid Hüseynov
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı