Əsgər Abdullayev: "Bizi "Simurq"la daha çətin oyun gözləyir"

Əsgər Abdullayev: "Bizi "Simurq"la daha çətin oyun gözləyir"
XƏBƏR 30 Oktyabr 2013 / 17:37 1765
-  A +

“Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol epizodları da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi".
 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/16 final mərhələsində "Ağsu" ilə oyundan (1:0) sonra deyib.

Milli komandamızın sabiq baş məşqçisi  növbəti rəqibləri haqda da danışıb. Bildirib ki, komandası daha çətin oyunlara hazır olmaldır: "Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyr. “Ağsu” komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm".

Qeyd edək ki, "Araz-Naxçıvan" rəqibinə qalib gələrək Azərbaycan kubokunun 1/8 finalına adlayıb.

Son xəbərlər