Cavid İmamverdiyev: "Özümü hamıdan çox qınayıram"

Cavid İmamverdiyev: "Özümü hamıdan çox qınayıram"
XƏBƏR 30 Oktyabr 2013 / 16:45 1690
-  A +

“Simurq” klubu ilə oyunda qələbəyə layiq oyun nümayiş etdirsək də, qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu. Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Cavid İmamverdiyev "Simurq"la baş tutan görüşdən (0:0) sonra deyib. 

C.İmamverdiyev qol vəziyyətlərindən istifadə edə bilmədiyi üçün özünü hamıdan çox qınadığını bildirib: "Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdır və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək".

Son xəbərlər