Ançelotti: "İbrahimoviçi transfer edə bilmərik"

Ançelotti: "İbrahimoviçi transfer edə bilmərik"
XƏBƏR 30 Oktyabr 2013 / 16:17 2223
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti keçmiş futbolçusu Zlatan İbrahimoviç haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis isveçli hücumçunu bəyəndiyi desə də, onun Madrid klubuna keçidini mümkünsüz hesab edib:

"Mənim üçün dünyanın ən yaxşı üç oyunçusu Ronaldo, Messi və İbrahimoviçdir. Ancaq onu transfer edə bilmərəm. Çünki Paris təmsilçisi ilə müqaviləsi var. Zlatanın da oradan ayrılmaq istəyəcəyini düşünmürəm".

Qeyd edək ki, Ançelotti PSJ-də çalışdığı dönəmdə futbolçunun baş məşçisi olub.


Son xəbərlər