Arda Turan: “Zədəm ciddi deyil”

Arda Turan: “Zədəm ciddi deyil”
XƏBƏR 30 Oktyabr 2013 / 15:25 1473
-  A +

"Atletiko"nun (Madrid) zədəli futbolçusu Arda Turan hazırkı durumu haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına zədəsinin ciddi olmadığını deyib. Ancaq buna baxmayaraq, o, La Liqada "Qranada" ilə matçda forma geyməsinin çətin olduğunu bildirib.

Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədələnmişdi.


Son xəbərlər