“Rubin”dən sensasion vida

“Rubin”dən sensasion vida
XƏBƏR 30 Oktyabr 2013 / 15:17 3106
-  A +

Kazanın “Rubin” klubu futbol üzrə Rusiya Kuboku ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Kurban Berdıyevin komandası 1/16 finalda I divizion təmsilçisi “Luç Energiya”ya uduzub – 2:4.
 
Rusiya Kuboku 1 oyundan ibarət olduğundan, Vladivostokdakı matç cütün taleyini həll edib. “Rubin”in heyətində Ruslan Muhametşin və Gökdəniz Karadeniz fərqlənib. Azərbaycan millisinin futbolçusu Ruslan Abışov isə ilk “18-liy”ə belə salınmayıb.
 
Qeyd edək ki, “Rubin” Rusiya Kubokunda 2011-2012-ci il mövsümünün qalibi olub. Ölkə çempionatında isə bu klub 2 dəfə (2008, 2009) qızıl medal qazanıb.

Son xəbərlər