Mançini "Qalatasaray"dan gedə bilər

Mançini "Qalatasaray"dan gedə bilər
XƏBƏR 30 Oktyabr 2013 / 13:17 3914
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini İstanbul klubundan ayrıla bilər.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssisin "Cim Bom"la imzaladığı müqavilədə İtaliya millisindən təklif gələcəyi zaman komandadan getməsinə razılıq veriləcəyi ilə bağlı maddə var.

İtaliya yığmasının hazırkı çalışdırıcısı Çezare Prandellinin yığmadan ayrılacağı təqdirdə isə namizədlər arasında Mançini də var.

İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Qiankarlo Abate açıqlamasında hazırkı baş məşqçinin komandadan ayrılmasını istəmədiyini deyib. Ancaq o, Prandellini gedəcəyi təqdirdə Mançinini yığmaya gətirə biləcəklərinin mesajını da verib.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner