"Qalatasaray" İbrahimoviçi transfer edəcək

"Qalatasaray" İbrahimoviçi transfer edəcək
XƏBƏR 30 Oktyabr 2013 / 11:23 2958
-  A +

Türkiyənin "Qalatasaray" klubu daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Ünal Aysal qarşıdakı transfer dönəmlərinin birində PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi komandaya gətirmək istədiyini açıqlayıb.

İsveçli oyunçunu çox bəyənən Ü.Aysal hazırda onu transfer etmələrinin çətin olduğunu bildirsə də, gələcəkdə Didye Droqba kimi İbrahimoviçin də "Cim Bom"un heyətinə qata biləcəyini deyib.

Daha çox


Son xəbərlər
topaz banner